Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərini pisləyərək, manevrləri ölkənin və regionun təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirib.
Doğru.az xəbər verir ki, “Ulchi Freedom Shield” adlı təlimlər avqustun 17-də başlayıb. Manevrlərdə ABŞ və Cənubi Koreya hərbçiləri ilə yanaşı, BMT Komandanlığına üzv ölkələrin qüvvələri də iştirak edir.
Təlimlərin əvvəlcə 11 gün davam etməsi planlaşdırılsa da, ABŞ Prezidenti Donald Trampın göstərişindən sonra onların müddəti və miqyası azaldılıb. Təlimlərin avqustun 21-də başa çatdırılması və əks-hücum əməliyyatlarını əhatə edən ikinci mərhələnin ləğvi nəzərdə tutulur.
Pxenyan isə bu manevrləri regionda gərginliyi artıran hərbi təxribat hesab edir və ABŞ-Cənubi Koreya hərbi əməkdaşlığının Şimali Koreyaya qarşı yönəldiyini bildirir.
Qeyd edək ki, Donald Tramp avqustun 17-də Pentaqon rəhbəri Pit Heqsetə Cənubi Koreya ilə birgə hərbi təlimlərin əhəmiyyətli dərəcədə azaldılması barədə göstəriş verdiyini açıqlamışdı. Tramp qərarını Şimali Koreya lideri Kim Çen Inla münasibətlərinin yaxşı olması ilə əlaqələndirib.
DOĞRU.AZ