Şimali Koreya Cənubi Koreya ilə sərhəddə səsucaldanların söküntüsünə başlayıb

09.08.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Şimali Koreya Cənubi Koreya ilə sərhəddə quraşdırılmış səsucaldanların sökülməsi prosesinə başlayıb.

APA xəbər verir ki, Cənubi Koreya ordusu prosesi sərhəd xəttinin cənub bölgələrində müşahidə edib.

Buna baxmayaraq, səsucaldanların bütün sərhədboyu ərazidən yığışdırılacağı ilə bağlı dəqiq məlumat yoxdur.

Qeyd edək ki, bi müddət əvvəl Cənubi Koreya da oxşar addım ataraq, sərhəddə təbliğat məqsədilə quraşdırılan səsucaldanların söküntüsünə start vermişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью