Icma.az, Ayna portalına istinadən məlumat yayır.
“Özlərini ən ağır və çətin vəziyyətdə tapacaqlar. Bu, təhdid deyil, açıq bir xəbərdarlıqdır”
Şimali Koreya Cənubi Koreya ilə sərhəddə yeni əks tədbirlər tətbiq edib və səsgücləndiriciləri işə salıb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen Inın bacısı və Şimali Koreya Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon deyib.
Kim Yo Çjon KCNA tərəfindən yayılan açıqlamada bildirib ki, "Yeni əks tədbirlərimiz bütün cənub sərhəd xətti boyunca istifadəyə hazır olacaq və Koreya Respublikasını hədəf alan səsgücləndiricilər bir neçə gün ərzində hazır vəziyyətə gətiriləcək".
Şimali Koreya liderinin bacısı həmçinin Pxenyanın sərhədi möhkəmləndirmək səylərini müdafiə edib.
Kim Yo Çjon vurğulayıb ki, "Əgər sərhəd xətti qalaya çevrilərsə, hərbi münaqişə riski əhəmiyyətli dərəcədə azalacaq və bir çox mürəkkəb problemlər həll olunacaq".
O qeyd edib ki, “Cənubi Koreya hakimiyyəti qəsdən və ya bilməyərəkdən asılı olmayaraq hər şeyə hazır olmalıdır”.
"Əgər mövcud hakimiyyət orqanları hiddətlənməyə, danlanmağa və inadkar olmağa davam edərsə, özlərini ən ağır və çətin vəziyyətdə tapacaqlar. Bu, təhdid deyil, açıq bir xəbərdarlıqdır", - deyə Kim Çen Inın bacısı əlavə edib.