Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

15.10.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 15 oktyabr, AZƏRTAC

Şimali Koreya sualtı qayıqdan atılan iki növ strateji qanadlı raketi Şərqi Çin dənizində sınaqdan keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi Koreya Mərkəzi Xəbər Agentliyinə istinadla məlumat yayıb. Sınaqların məqsədi sualtı döyüş sistemlərinin səfərbərlik səviyyəsini yoxlamaq, Hərbi Dəniz Qüvvələrinin strateji missiyalardakı qabiliyyətini artırmaq və ordunun müharibənin qarşısını almaq gücünü nümayiş etdirməkdir. Daha əvvəl, oktyabrın 12-də ölkənin Yapon dənizinə doğru naməlum mərmi atdığı qeydə alınmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью