Şimali Koreya əsgərləri 8 çeçeni öldürdü Ukrayna Kəşfiyyatı səbəbi açıqladı AzPolitika onlayn siyasiictimai qəzet

16.12.2024

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Şimali Koreya əsgərləri Kursk bölgəsində Rusiya adına döyüşən çeçenlərdən ibarət “Axmat” qrupunun 8 hərbçisini öldürüb.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Kəşfiyyatı məlumat yayıb.

Məlumata görə, hadisə səhvən, tərəflərinin bir-birilərinin dilini başa düşməkdə çətinlik çəkdikləri üçün baş verib.

Qeyd olunub ki, dil problemi rus hərbçilərlə koreyalılar arasında ciddi çətinliklərə səbəb olur.

Xatırladaq ki, qeyri-rəsmi məlumata görə, Şimali Koreya Rusiyaya dəstək üçün cəbhəyə təxminən 12 min əsgər göndərib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью