Şimali Koreya əsgərləri rus ordusunu arxadan vurdu: ölənlər var

16.12.2024

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya tərəfindən Ukrayna ilə müharibəyə cəlb edilən Şimali Koreya əsgərləri çeçenlərdən ibarət “Axmat” briqadasının əsgərlərini atəşə tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilir ki, tərəflər arasında dil fərqliliyi səbəbindən kommunikasiya problemi yaranıb. Nəticədə koreyalılar çeçenləri gülləbaran edib.

Hadisə nəticəsində 8 çeçen əsgərin öldüyü açıqlanıb.

Qeyd edək ki, Rusiyada Şimali Koreyanın təxminən 12 min əsgərinin döyüşdüyü bildirilir.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью