Şimali Koreya əsgərlərinin Rusiyadakı çıxışları dərc edilib Kəşfiyyat

11.11.2024

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi (UKİ) Rusiyanın tərkibində Ukraynaya qarşı döyüşmək üçün Kursk vilayətinə göndərilən Şimali Koreya əsgərlərinin radio danışıqlarını dərc edib.

Bizimyol.info xəbər verir ki, Ukrayna kəfiyyatının verdiyi açıqlamada Şimali Koreya əsgərlərinin "Möhür 1, Mühür 2" mənasında bəzi kodlaşdırılmış hərbi terminlər işlətdiyi və əsgərlərin siqnalları bu şəkildə idarə etmək üçün qiymətləndirildiyi qeyd edilib.

“Gözlə” dediyi eşidilən əsgərin başqa bir əsgərə göstəriş verdiyi təxmin edildiyi bildirilib.

Şimali Koreyanın Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya əsgər göndərdiyi artıq ictimaiyyətə məlumdur və Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın sərhəd bölgəsi Kurskda ən azı 11 min Şimali Koreya əsgərinin yerləşdirildiyini açıqlayıb.

Nəhayət, Zelenski Şimali Koreya əsgərləri ilə Ukrayna əsgərlərinin cəbhədə üz-üzə gəldiyini təsdiqləyib: “Şimali Koreya əsgərləri ilə ilk toqquşmalar dünyada qeyri-sabitliyin yeni səhifəsini açdı”, deyə prezident verdiyi açıqlamada bildirib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью