Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Şimali Koreya hərbçiləri Cənubi Koreya sərhədini keçiblər, lakin xəbərdarlıq atəşindən sonra geri qayıdıblar.
Axar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə ərazidə patrul xidməti zamanı baş verib.
Bildirilib ki, Koreya Xalq Ordusu əsgərləri ərazilərinə qayıtdıqdan sonra cənubi koreyalı hərbçilər heç bir qeyri-adi fəaliyyət müşahidə etməyiblər.