Şimali Koreya hərbçiləri Kurskda Ukraynaya qarşı döyüşlərdə İŞTİRAK EDİRLƏR

14.11.2024

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şimali Koreya hərbçiləri Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüş əməliyyatlarında iştirak etməyə başlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel məlumat verib.
Onun sözlərinə görə, rusiyalı ekspertlər Şimali Koreya əsgərlərinə artilleriya və pilotsuz təyyarələrdən istifadə öyrədiblər: “Bundan əlavə, Şimali Koreya qoşunları artıq əsas piyada bacarıqlarına yiyələniblər”.
Qeyd edək ki, Şimali Koreya Rusiyaya 1500 hərbçi göndərib. Həmçinin Hazırda Rusiyadakı hərbi bazalarda 3 min koreyalı hərbçi PUA idarəetməsi üzrə təlim keçiblər.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью