Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kim Çen In: “Güc balansının qorunması sülhü qorumağın yeganə yoludur”
Şimali Koreya ən güclü strateji aktivlərini əsas sularda yerləşdirəcək və hərbi gücünü artırmağa davam edəcək. AYNA.AZ xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inin bu barədə fikirlərini Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yayıb.
Bildirilib ki, Kim Çen In qızı ilə birlikdə "Vonsan limanını titrədən gurultulu sevinc" ilə qarşılanan "Kanq Qon" esminesinin istismara verilməsi mərasimində iştirak edib.
Şimali Koreya lideri çıxışında güc balansının qorunmasının “sülhü qorumağın yeganə yolu” olduğunu vurğulayıb. O qeyd edib ki, Şimali Koreya dəniz suverenliyini, Şimal-Şərqi Asiyada təhlükəsizliyi və qlobal sülhü qorumaq üçün ən güclü strateji aktivlərini ən vacib sularında yerləşdirmək niyyətindədir.
Kim Çen Inın sözlərinə görə, Pxenyan düşmənlərinin qorxduğu "böyük hərbi gücünü" uzunmüddətli perspektivdə artırmağa davam edəcək.
Şimali Koreya lideri bildirib ki, gəminin istismara verilməsi ölkənin dəniz əməliyyat qabiliyyətini strateji səviyyəyə qaldırmaqda daha bir addım deyil, həm də donanmanın "sürətli inkişaf dövrünün" bariz əlamətidir.
O, dövlət nüvə cavab sisteminin bir hissəsi olan yeni nəsil esminesin əmr veriləcəyi təqdirdə düşmənə "dağıdıcı zərbə" endirəcəyini vurğulayıb.
Məqalədə qeyd olunub ki, "Kang Gon" esminesinin istismara verilməsi müasir Şimali Koreya donanmasının inkişafında köklü irəliləyiş və inkişafı əyani şəkildə nümayiş etdirir.