Şimali Koreya isveçrəli diplomata 48 saat vaxt verib

25.11.2026

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Şimali Koreya Xarici İşlər Nazirliyi İsveçrənin diplomatik ofisinin nümayəndəsi Astier Silveni arzuolunmaz şəxs elan edib və Pxenyandakı nümayəndəliyin bağlanmasını tələb edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə noyabrın 25-də Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
“Şimali Koreya hakimiyyətinə açıq-aşkar düşmənçilik aktı səbəbindən Silveniyə İsveçrənin diplomatik ofisinin bağlanması və ölkəmizi tərk etməsi tələbi ilə nota təqdim edilib. Şimali Koreyanın suveren hüquqlarına və vətəndaşlarının maraqlarına qarşı yönələn hərəkətlər qəbuledilməzdir”, - deyə məlumatda bildirilib.
Diplomata ölkəni tərk etmək üçün 48 saat vaxt verilib. Müvafiq tələb əks olunan notanı ona Şimali Koreya Xarici İşlər Nazirliyinin Avropa departamentinin rəhbəri Pak Hyon Su təqdim edib.
Məlumata görə, Pxenyan bu qərarını İsveçrənin Sonqovon Beynəlxalq Uşaq Düşərgəsini sanksiya siyahısına daxil etməsi ilə əsaslandırıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью