Şimali Koreya Kursk bölgəsinə əlavə qüvvələr göndərib

27.02.2025

Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.

Şimali Koreya Kursk bölgəsinə əlavə qüvvələr göndərib


Cənubi Koreya kəşfiyyatı bildirib ki, fevralın əvvəlində Şimali Koreya öz hərbi kontingentinin Rusiya tərəfində vuruşduğu və ciddi itkilər verdiyi Kursk bölgəsinə əlavə qüvvələr göndərib, “BBC” xəbər verir.
Bu barədə Koreya mətbuatı Koreya Respublikasının Milli Kəşfiyyat Xidmətinin bəyanatına istinadla xəbər verir. Əlavə qüvvələrin sayı göstərilmir.
Bundan əvvəl Cənubi Koreyanın “JoongAng” nəşri anonim mənbələrə istinadən yazıb ki, yanvar-fevral aylarında 3000-ə qədər Şimali Koreya əsgəri Rusiyaya göndərilib.
“Bu ilin yanvar və fevral aylarında Rusiyanın gəmiləri və hərbi təyyarələri ilə təxminən 1000-3000 Şimali Koreya əsgəri Kursk bölgəsindəki cəbhəyə aparılıb”, - nəşr öz mənbələrinə istinadən yazır.
Onlardan birinə görə, əlavə qüvvələrə oktyabrda göndərilən kontingentin tərkibinə daxil olmayan motoatıcı, istehkamçılar və elektron kəşfiyyat bölmələri daxildir.
Ukrayna ordusunun və Cənubi Koreya kəşfiyyatının bəyanatlarına görə, təxminən 11 min nəfərdən ibarət Şimali Koreya kontingenti Kursk bölgəsində ciddi itkilər verib - dörd minə qədər ölüb və yaralanıb, onlar yanvarın ortalarında cəbhədən çıxarılıb, lakin təxminən üç həftə sonra Koreya bölmələri yenidən cəbhə xəttində peyda olub.
Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью