Şimali Koreya lideri: Biz bütün gücümüzlə Rusiyanın yanındayıq

05.06.2025

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Şimali Koreya lideri Kim Çen In ölkəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Bildirilib ki, görüşdə hərtərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində müzakirə aparılıb.

Kim deyib ki, Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla, bütün əsas beynəlxalq məsələlərdə ölkəsi Rusiyaya qeyd-şərtsiz dəstək verəcək: "Biz bütün gücümüzlə Rusiyanın yanındayıq"

Samir MUSAYEV
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью