Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şimali Koreya lideri Kim Çen In Çinə elan olunmamış səfər edib.
"Yonhap" xəbər verir ki, Kim Çen In bir az əvvəl Çinin Lioninq vilayətinin Dandonq bölgəsinə gəlib.
Onun Çinə səfərinin iki ölkə sərhədində yerləşən Yeni Yalu Çayı Körpüsü vasitəsilə baş tutduğu bildirilib.
Qeyd edək ki, Yeni Yalu Çayı Körpüsü Çin ilə Şimali Koreya arasındakı dövlət sərhədində yerləşir və iki ölkəni birləşdirən əsas quru sərhəd-keçid məntəqəsidir.
Səfərlə bağlı ətraflı məlumat verilməyib.