Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şimali Koreya yeni dəbdəbəli kurortla qapılarını xarici turistlərin üzünə açıb, lakin hələlik yalnız Rusiya vətəndaşlarının ziyarət etmək imkanı var.
İyunun sonunda Şimali Koreya lideri Kim Çen In Yapon dənizinin sahilində, Vonsan şəhəri yaxınlığında yerləşən Vonsan-Kalma kurortunun açılışını rəsmən elan edib.
SİA-nın məlumatına görə, açılış mərasimində onun həyat yoldaşı və qızı olub.
Yeni kurort əvvəllər hərbi aerodromun yerləşdiyi Kalma yarımadasında təxminən beş kilometrlik qumlu sahil xətti boyunca uzanır.
Açılan zaman aviabaza rüsumsuz mağazalar və kafelərin olduğu mülki hava limanına çevrilmişdi.
Bununla belə, turizm zonasından bir qədər də uzaqda Şimalı Koreya tərəfindən müntəzəm ballistik raket sınaqları üçün istifadə olunan raket sınaq poliqonu fəaliyyətini davam etdirir.
Sonuncu buraxılış bu ilin may ayında qeydə alınıb. Tikintisinə 2018-ci ildə başlanan kurort kompleksinin hər il 1 milyona qədər xarici turis