Şimali Koreya “məxfi silah”ını nümayiş etdirib VİDEO

11.10.2025

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Şimali Mərkəzi Telegraf agentliyi belə məlumat yayıb.
Qeyd edək ki, sentyabr ayında Şimali Koreya lideri Kim Çen In ölkənin “məxfi silah” hazırladığını açıqlamışdı.
Onda Cənubi Koreyalı ekspertlər Pxenyanın “məxfi silahı”nın “Hwasong-20” və ya onun modifikasiyası, həmçinin çoxsaylı döyüş başlıqlarına malik qitələrarası ballistik raketlər, hipersəs raketləri və nüvə sualtı qayıqları ola biləcəyi ehtimallarını irəli sürdülər.
Şimali Koreya raketləri ABŞ-yə də çatacaq? Mərasim zamanı “Hwasong-20”-i hipersəs sürüşkən manevrli maşınlar və orta mənzilli hipersəs ballistik raketlərdən ibarət karvan müşayiət edib.
Paradda yeni nəsil hücum silahları sistemləri və digər silah növləri də nümayiş etdirilib.
Xatırladaq ki, bir müddət əvvəl Cənubi Koreyanını prezidenti Li Çje Men Pxenyanın qitələrarası ballistik raketin (QBR) yaradılmasının son mərhələsində olduğunu söyləmişdi.
Bundan əlavə, elə həmin vaxt Cənubi Koreyanın Birləşmə naziri Çon Don Yon keçirdiyi mətbuat konfransında Şimali Koreyanın 2 tona qədər yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarına malik olduğunu iddia edib.


Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью