Şimali Koreya nüvə əks hücumu ilə bağlı təlimlər keçirib

09.05.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Pxenyan ABŞ və müttəfiqlərinin hərəkətlərini əsas gətirərək, bütün hərbi hissələri təcili olaraq nüvə əks-hücumuna hazır vəziyyətə gətirmək üçün təlimlər keçirib.

APA xəbər verir ki, təlimlər çərçivəsində Şimali Koreya bir neçə uzaqmənzilli raket buraxıb.

Pxenyan təlimləri Vaşinqton və onun peyklərinin hərəkətləri, xüsusən də ABŞ-ın Cənubi Koreya ilə birgə keçirdiyi təlimlərlə əsaslandırıb.

Şimali Koreya ordusu uzaqmənzilli silah və raket birləşmələrinin döyüş qabiliyyətini yoxlamaq üçün 600 mm-lik uzaqmənzilli çoxsaylı buraxılış raket sistemi və “Hwasong-11” taktiki ballistik raketindən istifadə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью