Şimali Koreya Pentaqon rəhbərini raket atışları ilə qarşıladı

04.11.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şimali Koreya ordusu Pentaqon rəhbəri Pit Heqsetin Cənubi Koreya ilə Şimali Koreya arasındakı sərhəddəki silahsızlaşdırılmış zonaya gəlməsindən təxminən bir saat əvvəl Sarı dənizə təxminən 10 ədəd raket atıb.

"Unikal" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Noyabrın 3-də Koreya Respublikası və ABŞ müdafiə nazirləri 2017-ci ildən bəri ilk dəfə birlikdə silahsızlaşdırılmış zonaya səfər ediblər. Raket buraxılışı yerli vaxtla təxminən saat 16:00-da qeydə alınıb.

Ağarza Elçinoğlu


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью