​Şimali Koreya PUAları sınaqdan keçirdi

15.11.2024

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şimali Koreya kamikadze pilotsuz uçuş aparatlarını sınaqlardan keçirib.

Metbuat.az xəbər verir ki, PUA-ların sınağını ölkə lideri Kim Çen In da müşayət edib. Məlumata görə, PUA-lar Pilotsuz Hava Texnologiyaları Kompleksinə bağlı institut və müəssisələr tərəfindən istehsal edilib. Sınaqlar zamanı PUA-lar təyin olunmuş marşrutlar üzrə uçduqdan sonra onların hədəfləri vurma qabiliyyəti yoxlanılıb. Sınaqlarda iştirak edən Kim Çen In buradakı çıxışında bildirib ki, dünyada PUA-larla bağlı rəqabət intensivləşir.

Şimali Koreya lideri bəyan edib ki, PUA-ların böyük və kiçik münaqişələrdə istifadəsi hərbi zərurət olaraq ortaya çıxan tendensiyadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью