Şimali Koreya qoşunları xeyli itki verir

31.12.2024

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Müdafiə Nazirliyi bəyan edib ki, onlar Şimali Koreya qoşunlarının Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirakında ciddi effektivlik görmürlər. Şimali Koreya qüvvələri əhəmiyyətli itkilər verir.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq dekabrın 30-da keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, Pentaqon Bayden administrasiyasının bu yaxınlarda Kursk bölgəsində döyüşlər zamanı Şimali Koreya əsgərləri arasında itkilərin sayı ilə bağlı elan etdiyi qiymətləndirmə ilə razıdır: “Ağ Ev bu yaxınlarda Kursk bölgəsində 1000-ə yaxın Şimali Koreya əsgərinin öldürüldüyünü və yaralandığını açıqladı. ”

S.Sinq onu da əlavə edib ki, Şimali Koreya qüvvələrinin bölgədəki hücumları “əhəmiyyətli dərəcədə effektiv olduğunu sübut etməyib”.

Sinqin sözlərinə görə, Şimali Koreya qoşunları Kursk bölgəsində xeyli itki verir.

Günay

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью