Şimali Koreya Rusiyaya 100 minlik qoşun göndərir

18.11.2024

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

Ölkələr arasında əməkdaşlıq dərinləşməyə davam edərsə, Şimali Koreya Ukraynadakı müharibədə Rusiyaya kömək etmək üçün 100 minə qədər hərbçi göndərə bilər.

Teleqraf.com xəbər verir ki, məlumatı “Bloomberg” yayıb.

Nəşrin həmsöhbətlərinin dediklərinə görə, belə bir addım qaçılmaz deyil və bu miqyasda hərbi dəstək baş tutarsa, çox güman ki, birdəfəlik dislokasiya deyil, qoşunların rotasiyası ilə partiyalar şəklində həyata keçiriləcək.

İddia edilir , Şimali Koreya qoşunlarının yeridilməsi müharibənin qlobal xarakter aldığını göstərir və bu həftə Braziliyada keçiriləcək G-20 sammitində bu məsələ qaldırılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью