Şimali Koreya Rusiyaya əlavə 3000 əsgər göndərdi

27.03.2025

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şimali Koreya (KXDR) yanvar-fevral aylarında Rusiyaya əlavə 3000 əsgər göndərib.

Redaktor.az Associated Press“ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Birgə Qərargah Rəisləri (JCS) bildirib.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın Rusiyaya raket və artilleriya sistemlərinin tədarükünü artırdığını və müharibənin gedişatına əsasən, silah təchizatını daha da artıra biləcəyini qeyd edib.

Bildirilib ki, Pxenyan ilkin olaraq Moskvaya təxminən 11 min əsgər göndərib və bunlardan 4 mini ölüb və ya yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью