Şimali Koreya strateji qanadlı raketləri sınaqdan keçirib

03.11.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şimali Koreya strateji qanadlı raketlərin sınağını həyata keçirib.

Bakıvaxtı.az KCNA-ya istinadən xəbər verir ki, raketin üzərinə yerləşdirilmiş döyüş başlığı 5-6 hektarlıq hədəf sahəsini tamamilə məhv etmək gücünə malikdir. 

Məlumata görə, sınaq zamanı raketin son manevr qabiliyyəti və hədəfə şaquli zərbə endirmək imkanları təkmilləşdirilib.

Şimali Koreya rəsmiləri bildirib ki, bu cür güclü silah sistemləri ölkəni xarici təhdidlərdən qorumaq və hərbi imkanları yeniləmək məqsədi daşıyır.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью