Şimali Koreya Ukrayna müharibəsində Rusiyaya “tam dəstəyini” təkrarlayıb

22.03.2025

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə Ukrayna müharibəsi ilə bağlı Rusiyaya “tam dəstək” verdiyin və bundan sonra da davam etdirəcəyini açıqlayıb.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim və Şoyqu Şimali Koreyanın paytaxtı Pxenyanda görüşüblər.

Şoyqu Kimə Rusiya prezidenti Vladimir Putinin yazdığı məktubu çatdırıb. Kim görüş zamanı Ukrayna müharibəsi ilə bağlı Rusiyaya "tam dəstək" verdiklərini bildirib.

Görüş zamanı iki ölkə arasında xüsusilə müdafiə sahəsində strateji tərəfdaşlığın inkişaf etdirilməsi razılaşdırılıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью