Şimali Koreya və Çin arasında qatar əlaqəsi bərpa olunur

10.03.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 10 mart, AZƏRTAC

Altı illik fasilədən sonra Şimali Koreya ilə Çin arasında sərnişin qatarı fəaliyyətini bərpa edir.

AZƏRTAC xəbər verir ki, “Yonhap” agentliyi bu barədə Çinin Dövlət Dəmir Yolu İdarəsinə istinadla məlumat yayıb.

Martın 12-də fəaliyyətə başlayacaq Pxenyan-Pekin qatarı həftədə dörd dəfə hərəkət edəcək.

Qeyd edək ki, iki ölkə arasındakı marşrut 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən dayandırılmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью