Şimali Koreya və Rusiya BİRLƏŞƏCƏK

01.04.2025

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tezliklə Rusiya ilə Şimali Koreya arasında nəhəng yeni körpünün tikintisinə başlanacaq. 

News24.az xəbər verir ki, 2026-cı ilin sonuna qədər tamamlanması planlaşdırılan 4 kilometr uzunluğundakı körpü Şimali Koreyanın şimalını Rusiyanın şərqi ilə birləşdirəcək.

Körpü 1959-cu ildə istifadəyə verilmiş mövcud “Dostluq körpüsü” dəmir yolu bağlantısının yaxınlığında yerləşəcək.

Rusiya, Şimali Koreya və Çin arasında təbii sərhəd rolunu oynayan Tümen çayı üzərində tikiləcək bu layihə bölgədəki əlaqələri gücləndirməyi hədəfləyir.

Günel Məlikzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью