Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Şimali Koreya Yapon dənizinə doğru bir neçə qanadlı raket atıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Bizimyol.info xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb.
Agetliyə verilən məlumata görə, buraxılış Hamqyonqnam-do əyalətindən yerli vaxtla 09:00 (04:00) radələrində həyata keçirilib. Mərmilərin dənizə düşdüyü güman edilir. Cənubi Koreyanın hərbi rəsmiləri raketin buraxılışına hazırlıq gördüklərini və buna hazırlaşdıqlarını bildiriblər. Onlar ABŞ ilə məlumat mübadiləsi aparırlar.
Şimali Koreya sonuncu dəfə mayın 8-də qısa mənzilli ballistik raket buraxmışdı.
Qadir, Bizimyol.info