Şimali Koreya yeni raket sistemini nümayiş etdirdi: Rusiya onu əldə edə biləcəkmi?

01.11.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

Şimali Koreya oktyabrın 29-da keçirdiyi genişmiqyaslı atışlar zamanı 400 kilometr mənzilli 600 millimetrlik KN-25 raket sistemini nümayiş etdirib. Rusiya daha əvvəl bu silahı əldə etməkdə maraqlı olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə UNIAN “Defense Express” analitiklərinə istinadən məlumat yayıb.
 

KN-25 ilk dəfə 2023-cü il yanvarın 1-də nümayiş etdirilib. Sistemin 400 kilometrədək atəş məsafəsi təsdiqlənsə də, onun faktiki dəqiqliyi məlum deyil. Raketlərin taktiki nüvə silahı daşıya biləcəyi ehtimal olunur.


Analitiklərin bildirdiyinə görə, 2023–2025-ci illərdə Rusiyanın bu sistemlə maraqlandığı barədə məlumatlar yayılsa da, hazırda Rusiya ordusunun arsenalında KN-25-in olduğuna dair heç bir məlumat yoxdur.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью