Şimali Koreyada 76 illik ənənə pozuldu

13.11.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şimali Koreya 1948-ci ildən bəri ilk dəfə milli bayrağının nisbətlərini dəyişib. Dəyişikliklər ölkə Konstitusiyasında da əksini tapıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, Konstitusiyanın yeni versiyası “Nenara” dövlət portalında dərc olunub. Əsas qanunun 166-cı maddəsinə əsasən, bayrağın hündürlüyünün eninə nisbəti artıq 1:1,65 təşkil edir. Əvvəllər bu göstərici 1:2 olub.

Bayrağın rəngləri və ümumi görünüşü isə dəyişməyib. Onun mərkəzində ağ və mavi zolaqlarla əhatə olunmuş geniş qırmızı zolaq yerləşir. Bayraq dirəyinə yaxın hissədə isə qırmızı fonda beşguşəli ulduz təsvir edilmiş ağ dairə var.

Agentliyin məlumatına görə, Şimali Koreyanın milli bayrağının ölçüləri 1948-ci ildə KXDR qurulandan bəri dəyişdirilməmişdi. Hətta 2023-cü ilin sentyabrında Konstitusiyaya edilən dəyişikliklər zamanı da əvvəlki nisbətlər qorunub saxlanılmışdı.

"Yonhap" bu addımı Şimali Koreya lideri Kim Çen Inın öz liderlik üslubunu formalaşdırmaq, eyni zamanda sələflərindən miras qalan bəzi ənənələri qorumaqla milli kimliyi gücləndirmək cəhdi ilə əlaqələndirir.

Murad İsmayıl 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью