Şimali Koreyadan BMT yə məktub: Müharibə ilə hədələdi...

26.10.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şimali Koreya BMT Təhlükəsizlik Şurasının sədrinə məktub göndərərək, ötən ay sərhəd yaxınlığında baş vermiş mina partlayışlarının Cənubi Koreya tərəfindən uydurulmuş bir hadisə olduğunu bildirib.

Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreya mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, Pxenyanın bu addımı Cənubi Koreyanın BMT Təhlükəsizlik Şurasına məktub göndərməsindən bir neçə gün sonra atılıb. Həmin məktubda Cənubi Koreya sentyabrın 21-də baş verən və 3 hərbçinin yaralanması ilə nəticələnən mina partlayışına görə Şimali Koreyanın üzr istəməsini və atəşkəs sazişinin pozulmasına görə məsuliyyət daşımasını tələb edib.

Pxenyanın BMT-dəki daimi nümayəndəsi tərəfindən göndərilən məktubda iddia edilir ki, Seul demilitarizasiya zonasında baş verən mina partlayışını Şimali Koreyanın sərhəddəki istehkam işlərinin qarşısını almaq məqsədilə məkrli bir cəhd kimi uydurub. Şimali Koreya bu istehkam işlərini BMT Nizamnaməsinə və beynəlxalq hüquqa tam uyğun olaraq, ərazi təhlükəsizliyini xarici təcavüzdən qorumaq üçün özünümüdafiə tədbiri, suverenliyin qanuni və ədalətli həyata keçirilməsi kimi təsvir edib.

“Əgər Seul ölkəmizin ərazisinə hətta bir millimetr belə daxil olarsa və ya hərbi qulluqçularımızın təhlükəsizliyinə və həyatına zərər vuran birbaşa təxribat törədərsə, hərbçilərimiz BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququndan istifadə edəcəklər”, - deyə məktubda bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью