Şimali Koreyadan sonra Rusiya Yəməndən əsgər toplayır İddia

25.11.2024

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Rusiya-Ukrayna müharibəsində gərginliyin yenidən artdığı bir vaxtda Britaniyanın “Financial Times” qəzeti Rusiyanın Şimali Koreyadan sonra Yəməndən əsgərləri cəbhədə döyüşmək üçün cəlb etdiyini iddia edib.

Bizimyol.info "hurriyet"ə istinadə xəbər verir ki, qəzetin verdiyi məlumatda Yəmən əsgərlərinin Husilərin dəstəklədiyi bir təhlükəsizlik şirkətinin himayəsi ilə Rusiyaya getdiyi və onlara yüksək maaşlarla yanaşı Rusiya vətəndaşlığı da vəd edildiyi iddia edilib.

ABŞ-ın Yəmən üzrə xüsusi nümayəndəsi Tim Lenderkinq qəzetə açıqlamasında iddiaları təkzib etməsə də, Rusiyanın İran vasitəsilə husilərlə əlaqələrini artırmaq üçün çalışdığını və silah transferi ilə bağlı danışıqlar apardığını bildirib. Ötən ay Rusiyanın yəmənli husilərin Qırmızı dənizdəki gəmilərə hücumuna kömək etmək üçün peyk məlumatları təqdim etdiyi bildirilmişdi. Moskva bundan əvvəl də dəfələrlə səfərbərlik elan etsə də, onun əsgər toplamaqda problemləri olduğu düşünülür.

Daha əvvəl Şimali Koreya əsgərlərinin Ukraynanın işğalı altında olan Rusiyanın Kursk şəhərində döyüşdüyü və iddiaların ruslar tərəfindən dolayısı ilə qəbul edildiyi bildirilib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью