Icma.az bildirir, Axar.az portalına istinadən.
Hakerlər dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance”a kiberhücum həyata keçiriblər.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
Kiberhücum nəticəsində dəymiş ziyanın 6,3 milyard dollar olduğu bildirilir.
“Hadisə tarixdə ən böyük kriptovalyuta oğurluğu kimi qeydə alına bilər. “Binance” şirkəti oğurlanmış vəsaitlərin dondurulması istiqamətində tədbirlər görür. Şirkət indiyədək təxminən 3 milyard dollar məbləğində vəsaitin yerini müəyyənləşdirə bilib. Asiya bazarları hadisəyə dərhal reaksiya verib. Belə ki, bitkoinin qiyməti 3%-dən çox ucuzlaşaraq 76 368 dollara düşüb və son üç həftənin ən aşağı səviyyəsinə enib. “Ethereum” kriptovalyutası da 3%-dən çox ucuzlaşaraq 2 178 dollara geriləyib və son iki ayın minimum səviyyəsinə çatıb”.
ABŞ-ın “TRM Labs” blokçeyn təhlili şirkətinin məlumatına görə, hücum Şimali Koreyanın “TraderTraitor” elit haker bölməsi tərəfindən edilib.