Şimali Koreyanın Cənubi Koreyaya qarşı zibil terroru davam edir

29.11.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Zibillə dolu şarlar yenidən Şimali Koreya ərazisindən Cənubi Koreyaya doğru atılıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Seul meriyasının məlumatında qeyd olunub.

Səlahiyyətli qurumlar tapılan əşyalarla bağlı vətəndaşlardan polisə məlumat vermələrini xahiş ediblər.

Sonuncu belə hadisə noyabrın 18-də qeydə alınıb. Mayın sonundan bəri 30-dan çox oxşar aksiya həyata keçirilib. Cənubi Koreya ordusu isə sərhəd bölgəsində səsgücləndiricilər vasitəsilə təbliğat yayımlarına başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью