Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki hədəfi vurub

04.10.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şimali Koreya strateji orta mənzilli hipersəs raketinin buraxılışı ilə hərbi təlim keçirib. Raket Yapon dənizində 1000 kilometr məsafədə yerləşən hədəfi vurub.

Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, raket buraxılışı oktyabrın 3-də ölkənin şərq hissəsində həyata keçirilib.

Təlimi şəxsən izləyən Şimali Koreya lideri Kim Çen In strateji hücum vasitələrinin etibarlılığı və döyüş gücünün daim nümayiş etdirilməsinin vacibliyini bildirib.

Agentliyin məlumatına görə, təlim zamanı hərbçilər hipersəs raket sisteminin tətbiqini məşq edib, eyni zamanda sistemin etibarlılığı, effektivliyi və mobilliyi yoxlanılıb.

KCNA-nın iddiasına görə, şimal-şərq istiqamətində buraxılan raket 1000 kilometr məsafədə əvvəlcədən müəyyən edilmiş nöqtəni dəqiqliklə vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью