Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 30 avqust, AZƏRTAC
Şimali Koreyanın müdafiə naziri No Qvan Çxol vəzifəsindən azad edilərək, Koreya Əmək Partiyasının (KƏP) Mərkəzi Komitəsinin Müdafiə Sənayesi Departamentinin birinci müavini təyin olunub.
AZƏRTAC Koreya Mərkəzi Xəbər Agentliyinə istinadla xəbər verir ki,
bu qərar Şimali Koreya lideri Kim Çen Inın sədrliyi ilə keçirilən doqquzuncu çağırış KƏP Mərkəzi Hərbi Komissiyasının ikinci iclasında qəbul edilib.
Koreya Xalq Ordusunun Baş Siyasi İdarəsinin rəisi Kim Sonq Gi yeni müdafiə naziri təyin olunub.