Şimali Kuril adaları yaxınlığında güclü zəlzələ baş verib

12.10.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 12 oktyabr, AZƏRTAC

Şimali Kuril adaları yaxınlığında 5,9 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin bölməsi məlumat yayıb.

Zəlzələnin episentri Severo-Kurilsk şəhərindən 75 km cənub-şərqdə, episentri isə 30 km dərinlikdə yerləşib.

İtki və tələfat barədə məlumat verilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью