Şimali Kuril adalarında güclü zəlzələ olub

03.08.2025

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Bazar günü Saxalin vilayətində Severo-Kurilsk yaxınlığında 6,5 bal gücündə zəlzələ baş verib.
Reyting.az
-ın məlumatına görə, bu barədə Rusiya KİV-ləri yazıb.
Bildirilir ki, avqustun 3-də saat 16:37-də (Bakı vaxtı ilə 09:37) Sakit okeanda 6,5 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 124 kilometr şərqdə, ocağı isə 19 kilometr dərinlikdə yerləşib.
ELÇİN
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью