Şimali Makedoniya prezidenti Mikayıl Cabbarovu qəbul edib

21.07.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

"Şimali Makedoniyaya işgüzar səfərimiz çərçivəsində Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın qəbulunda olduq. Görüşdə ölkələrimiz arasında münasibətlərin prioritet istiqamətləri və iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi apardıq", - deyə nazir bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью