Şimali Makedoniyada ölənlərin sayı artdı Bir həftəlik matəm olacaq

16.03.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şimali Makedoniyanın Koçani şəhərində gecə klubunda baş verən yanğın nəticəsində həlak olanların sayı 59-a yüksəlib.

"Unikal" xəbər verir ki, bu barədə Şimali Makedoniyanın daxili işlər naziri Pançe Toşkovski deyib.

Nazir faciə nəticəsində 155 nəfərin yaralandığını, onlardan 152-nin xəstəxanaya yerləşdirildiyini qeyd edib. Faciə qurbanlarının yaşlarının 14-25 arasında olduğu bildirilib.

Səhiyyə naziri Arben Taravari vəziyyəti ağır olan 20 yaralının müalicə üçün xaricə göndəriləcəyini deyib.

Şimali Makedoniya hökumət faciəsi ilə əlaqədar bir həftəlik milli matəm elan etməyə hazırlaşır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью