525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şimali Makedoniyada Qərbi Nil virusu 4 nəfərin ölümünə səbəb olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə paytaxt Skopyedəki İctimai Səhiyyə Qurumunun Yoluxucu Xəstəliklər Klinikasının direktoru Fadil Cana bildirib.
O qeyd edib ki, hazırda virusdan 4 nəfər ölüb və 5-i reanimasiyada olan 20 xəstə hələ də müalicə alır.
Cana həmçinin bildirib ki, Qərbi Nil virusuna yoluxan 15 xəstə sağalıb və klinikadan evə buraxılıb.
Qərbi Nil virusundan ölənlərin yaşlarının 83, 76, 72 və 61 olduğu qeyd edilib.
12 avqustda Skopyenin Kisela Voda, Qazi Baba, Aerodrom, Butel və İlinden bələdiyyələrində Qərbi Nil virusunun yayıldığı elan edilib.
Qeyd edək ki, Qərbi Nil virusu əsasən yoluxmuş ağcaqanadların sancması ilə insanlara keçən, ağır sinir sistemi xəstəlikləri törədən infeksiyadır.
İbrahim Cəfərov