Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Skopye, 10 avqust, AZƏRTAC
Şimali Makedoniyada oktyabrın 19-da yerli idarəetmə orqanlarına seçkilər keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Şimali Makedoniyanın Parlament Assambleyasının sədri Afrim Qaşi qərar imzalayıb.
Qərara əsasən, birinci turda seçkiləri nəticəsiz qalan bələdiyyələr üçün noyabrın 2-də ikinci tur təşkil olunacaq.
Qeyd edək ki, 4 ildən bir yerli seçkilərin keçirildiyi Şimali Makedoniyada seçicilər 81 bələdiyyədə sədr və üzvlərini seçəcək. Ölkədə sonuncu dəfə yerli seçkilər 2021-ci il oktyabrın 17-də keçirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Skopye