Şimali Xorasanda Boulinq və Bilyard Şurasına din xadimi rəhbər təyin edildi

17.10.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

İranın Şimali Xorasan əyalətində Boulinq və Bilyard Şurasına Rza Mənsurian yekdilliklə sədr seçilib.

"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə Boulinq və Bilyard Şurasından məlumat verilib.

Məlumata görə, bu vəzifəyə təyin edilməzdən əvvəl Rza Mənsurian Aşura dərslərində natiq kimi fəaliyyət göstərib, həmçinin əyalətin İdman və Gənclər Departamentində mədəniyyət və dini məsələlər üzrə müşavir vəzifəsində çalışıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью