Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Zaqatala” ilə oyuna çox ciddi hazırlaşmışdıq. Çünki daha çox gənclərdən qurulmuş rəqibin bizim üçün münasib, bizimlə eyni səviyyədə komanda olduğunu bilirdik. Yəni qələbə qazanmaq istəyirdik. Bu bizim üçün çox önəmli idi. Qələbə qazandığımız üçün çox sevincliyik. Açığı, belə hesabla qalib gələcəyimizi gözləmirdik”.
Bu sözləri Birinci Liqanın səkkizinci turunda ev oyunlarını keçirdiyi Şamaxıda “Zaqatala”nı 4:1 hesabı ilə məğlub edən “Şimal”ın çalışdırıcısı Tural Cəlilov qələbəni şərh edərkən deyib.
Xaçmaz təmsilçisinin baş məşqçisi böyükhesablı qələbənin komandaya verdiyi motivasiyadan, mövsümdəki əsas hədəflərindən və kollektivdəki ab-havadan söz açıb.
“Bu nəticə bizim üçün böyük motivasiyadır. Məqsədimiz liqada qalmaqdır. Qələbələr isə özünəinamı möhkəmləndirir. Komandada yaxşı ab-hava hökm sürür”, - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, hesabında 11 xal olan “Şimal” Birinci Liqanın turnir cədvəlində altıncı pillədə qərarlaşıb.