Icma.az, Bizim media saytına istinadən bildirir. Havaların soyuması ilə insanların qış qayğıları da başlayır, desək yanılmarıq.
Xüsusən də, ucqar bölgələrin, əsasən də mavi yanacağı olmayan dağlıq və dağətəyi yaşayış məntəqələrinin sakinləri bu qayğı və çətinliyi daha çox hiss edir və yaşayır.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şimal-Qərb bölgəsində payızın ilk günlərindən başlayaraq bəzən may ayı daxil davam edən soyuq və şaxtalı hava hökm sürürür.
Bunun üçün də xeyli odun yanacağına ehtiyac yaranır.Bu isə kənd camaatı üçün böyük maliyyə vəsaiti hesabına başa gəlir.
Payız qədəmlərini qoyan gündən bu bölgə sakinlərinin bir gözü Böyük Qafqazın zirvələrində qalır. Hansı ki, ilk qar bu zirvələrə yağır.
Bu isə əsasən dağlıq ərazilərdə yerləşən sakinlərə bir xəbərdarlıq və qışa hazırlıq mesajı deməkdir.
Qar dağlardan aşağı endikcə soyuqlar da qapını döyür. Şəkinin qazlaşdırılmayan 22 kəndinin sakinləri isə yenə qayğı ilə yaşayır.
Odun almaq isə o qədər də ucuz başa gəlmir. Məsələn, Göynüklər ərazisində bir neçə iri yaşayış məntəqəsi var ki, onların sakinləri uzun illə
Onların evinə isə buradan məsafə cəmi bir neçə metrdir: “Bizdə 7-8 ay qış davam edir.