Şimanskiyə Almaniya klubundan təklif var

28.12.2024

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Bundesliqa təmsilçilərindən "Frayburq" "Fənərbaxça"nın polşalı legionerini transfer etmək istəyir. 

Apasport.az xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb. 

Bundesliqa klubunun Şimanski üçün "Fənərbaxça"ya 15 milyon avro təklif etdiyi iddia edilib.

"Sarı-lacivərdli" klub qış "transfer pəncərəsi"ndə edəcəyi transferlərdən sonra futbolçu ilə bağlı qərar verəcək. 

İstanbul klubu ötən mövsümün əvvəlində polşalı ulduzu Moskva “Dinamo”sundan 9,75 milyon avroya transfer etmişdi.

Bu mövsüm 26 matçda meydana çıxan 25 yaşlı futbolçu 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 

“Turan Tovuz”un komandalarına seminar keçirilib 2024-də “ən çox qazanan” futbolçuların adları AÇIQLANIB "Srvena Zvezda"nın Juninyo üçün təklifi - bəlli oldu 8 futbolçunun həbs olunması ilə bağlı DİN-dən açıqlama "Sumqayıt”ın iki futbolçusu cari mövsüm əvəz edilmədən meydanda olublar
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью