Simeone 3:0 dan sonra etiraf etdi

14.09.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın “Atletiko” futbol komandasının baş məşqçisi Dieqo Simeone La Liqada “Real Sosyedad” üzərində qazanılan 3:0 hesablı qələbədən sonra qarşılaşmanı dəyərləndirib.

İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, argentinalı mütəxəssis komandasının hələ formalaşma prosesində olduğunu və qələbəyə baxmayaraq, təkmilləşdirilməli məqamların qaldığını bildirib.

Simeone ilk hissədə hər iki komandanın iki real qol vəziyyəti yaratdığını, fasilədən sonra isə “Real Sosyedad”ın ciddi təhlükə yaratmadığını qeyd edib. Onun sözlərinə görə, “Atletiko” da uzun müddət üstünlük qazana bilməyib, lakin Conatan Devidin təhlükəli epizodundan sonra penalti qazanılıb.

“Bu dəfə, necə deyərlər, qəribə bir epizoddan bizim xeyrimizə qərar çıxdı. Sonra Conatan və Culianonun səviyyəsi və soyuqqanlılığı matçı bağlamağa imkan verdi”, - Simeone bildirib.

Baş məşqçi ikinci hissədə etdiyi üçlü əvəzetmənin oyuna müsbət təsir etdiyini də vurğulayıb. O, Kokenin komandaya sakitlik gətirdiyini, Conatan Devidin isə hücumda daha çox dərinlik və dinamika yaratdığını söyləyib. Simeone Devidin start heyətində olmamasını Lukman və Kanq-in Linin daha çox birlikdə oynaması ilə izah edib.

Mütəxəssis Culiano Simeonenin 90+5-ci dəqiqədə vurduğu qolun qeyd olunmasına ayrıca toxunub:

“Matç artıq bağlanırdı və çox gözəl qol idi. 95-ci dəqiqədə meydanın ortasından bu cür qaçış etmək hər futbolçunun işi deyil”.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью