Simeone: Barselonada Yamal kimi futbolçu yoxdur

20.12.2024

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Barselona"nın futbolçusu Lamin Yamal haqda danışıb. 

QOL.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 

54 yaşlı argentinalı mütəxəssis deyib: "Yamal böyük futbolçudur, onun inkişafı inanılmazdır. Hücumda ən yaxşılardandır. "Barselona"da həmin xüsusiyyətləri olan ikinci futbolçu yoxdur. Amma onlarda Ferran Torres, Olmo, Fermin Lopes var... Uğur əldə etmək üçün yeni şeylər yoxlamalı olacaqlar". 

Qeyd edək ki, La Liqanın 18-ci turunda keçiriləcək "Barselona" - "Atletiko" matçı sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

Xatırladaq ki, Lamin Yamal turnirin ötən turunda "Leqanes"lə matçda (0:1) sıradan çıxıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью