Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turu çərçivəsində bu gün "Budyo Qlimt"i qəbul edəcək "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone Norveç təmsilçisi ilə oyun ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"İlk "8-lik"də yer almaq üçün digər oyunlardakı nəticələr də bizim xeyrimizə olmalıdır. Amma hər şeydən öncə özümüz yaxşı nəticə qazanmalıyıq. "Budyo Qlimt" bir neçə çox yaxşı oyun keçirib. Onlar Dortmundda əla mübarizə aparıblar, eləcə də qonaq qismində "Mançester Siti"ni məğlub ediblər. Rəqib nə istədiyini çox yaxşı bilir. Norveç təmsilçisi ani əks-hücumlara çıxmaq və 10 nömrəli futbolçunu (Hens Petter Hyöuqe) tapmağa çalışır. Rəqib texnikalı kollektivdir. Biz hansı istiqamətdə onlara problem yarada biləriksə, məhz bunu da etməliyik".
Nihat