sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Atletiko"nun baş məşqçisi Dieqo Simone Çempionlar Liqasının əsas mərhələsində "Liverpul"a 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib. Sport24.az xəbər verir ki, argentinalı mütəxəssis ikinci hissədəki çıxışdan narazı qaldığını bildirib:
"İlk hissədəki performansımızı ikinci yarıda göstərə bilmədikdə bunun fiziki çatışmazlıqdan qaynaqlandığı düşünülür. Amma xeyr, ikinci hissədə pis oynadıq. Əsas məsələ çox qol buraxmağımızdır. Bu gün iki, Bilbaoda üç, Sevilyada isə bir qol buraxmışıq. Bu, komandanın problemidir. Bəziləri bunu eşitməkdən xoşlanmasa da, proses davam edir və hələ düzəltməli olduğumuz çox şey var".
Simone Xulian Alvares və Kristian Romeronun çıxışını da dəyərləndrib:
"Kristianın performansını bəyəndim. O, möhkəm, güclü və effektiv idi, vəziyyətləri yaxşı həll etdi. Xulianın oyunu da çox yaxşı idi. Matçın əvvəlindən sonuna qədər topa nəzarət etdi".
Baş məşqçi ikinci hissədə etdiyi əvəzetmələrə də aydınlıq gətirib:
"İkinci hissədə heç bir qol vəziyyəti yarada bilmədik. Geriyə düşməyə başladığımız zaman fərqli həll yolları tapmaq üçün dəyişikliklər etdik. Futbolda sizi hücumda, yarımmüdafiədə və müdafiədə güclü edən detallar var. Bu detalları incə şəkildə tənzimləməliyik və bunun üzərində işləməliyik".
Simeone komandanın inkişaf etməli olduğunu vurğulayıb:
"Komanda oynamalı olduğu oyunu oynadı, lakin ikinci hissədə bunu daha yaxşı dərk etməliyik. Futbolçular əllərindən gələni etdilər və vacib bir matç keçirdilər. İnkişaf etməliyik. Detallar sizi zirvəyə, orta sıralara və ya aşağıya aparır. Həmin detalları düzgün tənzimləməliyik. Məğlubiyyət müsbət məqamların üzərinə kölgə salır".