Simeone oyundan razı qalıb

03.12.2025

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqada “Barselona”ya uduzduqları oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:3 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Komandamın oyunundan çox razıyam. Matça yaxşı başladıq, amma bir müddət sonra rəqib üstünlüyü ələ aldı. İkinci hissədə onlar yaxşı başladı. Buna baxmayaraq, epizodlar yarada bildik. Şanslarımızı dəyərləndirə bilmədik, buna baxmayaraq, oyunumuzdan çox razıyam”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью